Türkiyənin paytaxtı Ankarada gənc qadın 7-ci mərtəbədəki evinin pəncərəsini təmizləyədi zaman yıxılaraq ölüb.
Medianews.az xəbər verir ki, qadının qonşusu Davut Dağ baş verən hadisəni danışıb.
“Qapının arxasında açar olduğu üçün aça bilmirdilər. Sonra balta ilə qapını sındırıb içəri girdilər. Daha sonra qışqıraraq bayıra çıxdılar və qaçmağa başladılar. Bu zaman qadının eyvanda təmizlik edərkən yıxıldığını öyrəndik”,-deyə ölən qadının qonşusu bildirib.
Həkimlər tərəfindən aparılan müayinədən sonra Messia Kahyanın öldüyü müəyyən edilib. Daha sonra Kahyanın cənazəsi Ankara Ədliyyə Tibb Qurumuna aparılıb.
Medianews.az