“Rusiyanın dondurulmuş aktivləri Ukraynaya göndərilməlidir”
Medianews.az xarici mediaya istinad edərək xəbər verir ki, bunu Estoniyanın baş naziri Kaja Kallas X sosial şəbəkəsində deyib.
Baş nazir bildirib ki, Moskva Kiyevə dəymiş ziyanı ödəməli olacaq. O xatırladıb ki, Estoniya parlamenti Rusiya aktivlərinin Ukraynaya verilməsinə icazə verən qanun qəbul edib. Kallas Tallinin “başqaları üçün nümunə olacağına” ümid etdiyini bildirib.
Medianews.az