ABŞ Rusiyaya çiplər tədarük edən Çin firmalarına qarşı sanksiyalar tətbiq etmək istəyir.
Medianews.az xəbər verir ki, bu barədə Bloomberg yazır.
Materialda qarşıdan gələn dəyişikliklərin “xüsusilə yarımkeçirici çiplərə təsir etdiyi” deyilir.
ABŞ administrasiyasının çərşənbə günü Rusiya Federasiyasına Amerika texnologiyalarından istifadə etməklə istehsal olunan yarımkeçirici çipləri tədarük etdiyi iddia edilən Çin firmalarına sanksiya tətbiq edəcəyini açıqlayacağı gözlənilir.
Ağ Evin strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bir gün əvvəl demişdir ki, ABŞ tezliklə Rusiya Federasiyasına qarşı yeni sanksiyalar və ixraca nəzarət tədbirləri elan edəcək.
Medianews.az