ABŞ-ın keçmiş prezidenti Donald Tramp Ultimate Fighting Championship üzrə keçmiş çempion Həbib Nurməhəmmədov haqqında danışıb.
Medianews.az xəbər verir ki, bu barədə Lenta.ru məlumat yayıb.
“Xəbib karyerasını 29-0 hesabı ilə başa vurub və heç bir raundda məğlub olmayıb. O, yəqin ki, bütün zamanların ən böyük döyüşçüsüdür”, – Tramp bildirib.
O, idmançı ilə Nyu-Cersidə keçirilən UFC turnirində tanış olmasından danışaraq, Nurməhəmmədovu çox ağıllı oğlan adlandırıb və onu böyük gələcək gözləyir deyə bildirib.
Medianews.az