Rusiyanın Tomsk şəhərində bir qrup yeniyetmə həyat yoldaşını qorumaq istəyən kişini döyüb.
Medianews.az xarici mediaya istinad edərək xəbər verir ki, hadisə mayın 29-da Green Hills yaşayış kompleksində baş verib.
Məlumata görə, yeniyetmələrdən biri kişinin kürəyinə təpiklə vuraraq onu yerə yıxıb.
Daxili İşlər Nazirliyinin rayon üzrə Baş İdarəsi hadisə ilə bağlı araşdırmalara başlayıb. Qeyd olunur ki, münaqişə tərəflərindən heç biri hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət etməyib.
“Faktla bağlı araşdırma aparılır. Nəticələrə əsasən qanunvericiliyə uyğun qərar veriləcək”, – deyə idarədən bildirilib.
Medianews.az