İranın ali dini lideri Ayətullah Əli Xamenei amerikalı tələbələri İsrailin Qəzza zolağında hərəkətlərinə etiraz etdiklərinə və Fələstin xalqına dəstək olduqlarına görə tərifləyib.
Medianews.az xarici mediaya istinad edərək xəbər verir ki, bu barədə ,o, öz rəsmi saytında dərc olunan müraciət məktubunda yazıb.
“Əziz ABŞ tələbələri, bu sizinlə yekdillik və həmrəylik mesajımızdır. Bu gün siz yaranan tarixin doğru tərəfində durursunuz. Sizin köməyiniz və dəstəyiniz mühüm və təsirli hadisədir. Mən də öz növbəmdə sizə, gənclərə rəğbət bəsləyirəm və sizin dözümlülüyünüzü yüksək qiymətləndirirəm”, – Xamenei yazıb.
O vurğulayıb ki, ABŞ və müttəfiqləri İsrailin Fələstin xalqına qarşı “fasiləsiz zorakılıq və terrora” baxmayaraq, “qaşlarını belə çatmayıb”. O qeyd edib ki, Vaşinqtonun “ Qəzzada baş verən dəhşətli cinayətlə bağlı bəzi bəyanatları ikiüzlü olduğu qədər həqiqətə uyğun deyil”.
Aprelin 23-də ABŞ-ın bir sıra elit təhsil müəssisələrində tələbə etirazlarının şiddətləndiyi məlum olub. Təhsil müəssisəsinin rəhbərliyinin siyasəti və Fələstini dəstəkləyən bir sıra müəllimlərin işdən çıxarılması səbəbindən tələbələrin narazılığı yeni güclə artıb.
Medianews.az