Rusiyanın xarici işlər naziri Sergey Lavrov “Rusiya və Çin: Yeni dövrdə əməkdaşlıq” adlı doqquzuncu beynəlxalq konfransın iştirakçılarına videomüraciətində “Moskva və Pekin bir-birinə prioritet tərəfdaş kimi yanaşırlar” deyə bildirib.
Medianews.az xarici mediaya istinad edərək xəbər verir ki, mesajın mətni nazirliyin saytında yerləşdirilib.
“Bu il Rusiya və Çin diplomatik münasibətlərin qurulmasının 75-ci ildönümünü qeyd edirlər. Biz bu əlamətdar tarixə yeni keyfiyyəti ilə yaxınlaşdıq”, – Lavrov vurğulayıb.
Nazir qeyd edib ki, son 10 ildə Çin Rusiyanın ən böyük ticarət tərəfdaşı mövqeyini qoruyub. Rusiya Federasiyası, öz növbəsində, keçən ilin sonunda ilk dəfə Çinin xarici ticarət tərəfdaşları siyahısında dördüncü yerə yüksəlib.
Lavrov həmçinin qeyd edib ki, bu gün iki ölkə arasında bütün ödənişlərin 90%-dən çoxu milli valyutalarla həyata keçirilir.
Medianews.az