Dünyaca məşhur britaniyalı müğənni Dua Lipa Qəzza üçün daimi atəşkəs çağırışı edib.
Medianews.az xəbər verir ki, müğənninin paylaşımı sosial mediada gündəm olub.
“Uşaqların diri-diri yandırılması üçün heç vaxt haqlı bir səbəb ola bilməz. Bütün dünya İsrail soyqırımını dayandırmaq üçün səfərbər olur”,-deyə müğənni bildirib.
Alban əsilli britaniyalı müğənni Lipa 88 milyondan çox izləyicisi olan İnstaqram hesabındakı paylaşımında izləyicilərini Qəzza xalqı ilə həmrəy olmağa çağırıb.
Medianews.az