“Fəthi “işğal” adlandıranlar və “zülm 1453-cü ildə başladı” sözləri ilə İstanbulun divarlarını ləkələyənlərin İstanbulun fəthindən 250 il əvvəl şəhərə soxularaq qadınların cehizlərini belə talayan səlibçilərdən heç bir fərqləri yoxdur”.
Medianews.az xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
O qeyd edib ki, İstanbulun fəth ruhundan ayrılmasına imkan verməyəcək.
“Bəziləri hələ də bunu qəbul edə bilməsə də, İstanbul türk və müsəlmandır. Biz İstanbula şəhərlər arasında bir şəhər kimi baxmamışıq və bu gün də baxmırıq. İstanbulu ilk növbədə Fateh Sultan Mehmet və müqəddəs ordunun bütün əsgərləri bizə əmanət edib. Əziz İstanbulumuzu qorumağa və gözəlləşdirməyə davam edəcəyik”, – deyə ölkə başçısı vurğulayıb.
Ayşən