Əfsanəvi amerikalı boksçu Mayk Tayson təyyarə ilə səyahət edərkən halı qəflətən pisləşib.
BAKU.WS xəbər verir ki, bu barədə “The New York Post”un məlumatında deyilir.
57 yaşlı dünya çempionunun olduğu təyyarə ABŞ-nin Los Anceles şəhərindən Mayamiyə uçuşda olarkən onun səhhətində problem yaranıb.
Hadisədən dərhal sonra M.Taysona zəruri tibbi müayinə göstərilib və onun vəziyyəti stabilləşdirilib.