Rusiya Federasiyası Xarici İşlər Nazirliyi və Ədliyyə Nazirliyi Rusiya prezidenti Vladimir Putinə məlumat verib ki, “Taliban”nın (Rusiyada qadağan olunmuş təşkilat) qadağan olunmuş təşkilatlar siyahısından çıxarılmağı mümkündür.
Medianews.az xarici mediaya istinad edərək xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin İkinci Asiya Departamentinin direktoru Zamir Kabulov məlumat verib.
Diplomat aydınlaşdırıb ki, Xarici İşlər Nazirliyi “Taliban”nın qadağan olunmuş strukturlar siyahısından mümkün çıxarılmasına müsbət baxır, çünki bunsuz Əfqanıstanda əsas idarəetmə qüvvəsi olan təşkilatı rəsmi səviyyədə tanımaq mümkün deyil.
“Ona görə də bu məsələ üzərində işlər davam edir. Bütün mülahizələrlə bağlı Rusiyanın ali rəhbərliyinə məlumat verilib. Qərarın veriləcəyini gözləyirik”, – deyə Kabulov yekunlaşdırıb.
Medianews.az