Samaranın Kuybışevski rayonunda Malta qızdırması səbəbindən karantin tətbiq edilib.
Medianews.az xarici mediaya istinad edərək xəbər verir ki, infeksiyanın mənbəyi şəhərin cənubunda yerləşən fərdi yaşayış evlərindən birində müəyyən edilib.
“İndi kənar şəxslər yardımçı təsərrüfatın ərazisinə daxil ola bilməzlər”, – Samara vilayətinin Baytarlıq Departamentinin rəhbəri vəzifəsini icra edən İlya Eqorov deyib.
Bang xəstəliyi kimi tanınan xəstəlik daxili orqanları məhv edir, həmçinin meningit və yaddaş itkisinə səbəb ola bilər. Xəstəliyin törədicisi Brucella cinsinin bakteriyaları, daşıyıcıları isə dırnaqlı heyvanlar, donuzlar və dovşanlardır.
Medianews.az