“Çin böhranın sülh yolu ilə həllinə töhfə verən bütün səyləri təşviq edir və dəstəkləyir, həmçinin bütün tərəflərin bərabər iştirakı və bütün sülh təşəbbüslərinin qərəzsiz müzakirəsi ilə həm Rusiya, həm də Ukrayna tərəfindən tanınan beynəlxalq sülh konfransının vaxtında çağırılmasını dəstəkləyir”.
Medianews.az xəbər verir ki, bu barədə Çin Xalq Respublikası Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mao Nin bildirib.
“Çin Ukrayna üzrə həm Moskva, həm də Kiyev tərəfindən tanınacaq dinc konfransın keçirilməsinin tərəfdarıdır”,- o deyib.
Qeyd edək ki, bundan əvvəl Ukrayna prezidenti Vladimir Zelenski Çini iyunda İsveçrədə keçiriləcək sülh konfransında iştiraka dəvət edib.
Ayşən