Antalyada rus qadın kirayəçi ilə dava etdiyi üçün 1,5 ildir zirzəmidə yaşayır.
Medianews.az xarici mediaya istinad edərək xəbər verir ki, Türkiyəyə köçən rusiyalı qadın işıqsız və susuz zirzəmidə yaşamaq məcburiyyətində qalıb.
Hələ 2014-cü ildə Rusiya vətəndaşı Antalyada mənzil alıb və onu kirayə verməyə başlayıb. İki il əvvəl qadın Türkiyəyə köçmək qərarına gəlib və müqaviləyə uyğun olaraq kirayəçidən yaşayış sahəsini tərk etməsini istəyib.
Lakin o, müqavimət göstərib və məsələ məhkəməyə qədər uzanıb. Yerli hüquq sistemini bilmədiyi üçün məhkəmə prosesi uzanırdı.
Bir il yarımdan çoxdur ki, rus qadını digər kirayəçilərin əşyalar saxladığı zirzəmidə yaşamağa məcbur olub. Kirayəçi 5,7 min lirəyə əşyalı mənzildə rahat yaşayarkən, ev sahibi qorxu içində yaşayıb. “Mən tənha qadınam və zirzəmidə yatarkən qorxudan yanımda bıçaq saxlayıram” deyə qadıb bildirib.
İnflyasiya fonunda Türkiyədə mənzil qiymətləri 2023-cü ildə demək olar ki, iki dəfə, kirayə qiymətləri isə 137 faiz artıb. Eyni zamanda, qonaqlara mənzil kirayə vermək istəyənlərdən Mədəniyyət və Turizm Nazirliyindən lisenziya almaları tələb olunurdu.
Medianews.az