Rusiyanın Rostov vilayətində itkin düşən 13 yaşlı qız rəfiqəsinin onu kilidlədiyi anbarda tapılıb.
Medianews.az xarici mediaya istinad edərək xəbər verir ki, qızın anasının dediyinə görə, qızı 15 yaşlı rəfiqəsi ilə gəzintiyə çıxıb, sonra evə qayıtmayıb.
15 yaşlı qız rəfiqəsi ilə getdiyini, sonra isə yollarının ayrıldığını deyib.
Səhər itkin düşən məktəbli qızın rəfiqəsinin anbarından kömək çağırışları eşidilib. Məlum olub ki, 13 yaşlı qız bütün gecəni zirzəmidə qıfıllı keçirib.
“Onun telefonunu götürüb və onu zorla anbara sürükləyib. Bütün gecə orada oturub. Səhər isə onu axtaran qızlar anbara yaxınlaşıb “Kömək et” qışqırıqlarını eşidiblər. Sonra da qızı zirzəmidən çıxardılar”, – deyə qurbanın anası bildirib.
Qadın rəfiqəsinin, bunu, qızına onunla ünsiyyət qurmağı qadağan etdiyi üçün qisas almaq məqsədi ilə etdiyini bildirib.
Faktla bağlı “Oğurluq” maddəsi ilə cinayət işi açılıb.
Medianews.az