Avropa şəhərlərindən birində bir kişi 15 yaşlı iki qız turistə hücum edərək xiyabanda zorlayıb.
Medianews.az xarici mediaya istinad edərək xəbər verir ki, hadisənin qızların tətilə gəldiyi Böyük Britaniyanın Bornmut şəhərində baş verdiyi aydınlaşır.
Zərərçəkmişlərin dediyinə görə, mayın 19-da bazar günü sahildə yerləşən Okeanarium turistik məkanının arxasında 24 yaşlı gənc onlara hücum edib. Onları bir xiyabana sürükləyərək təcavüz edib.
Həmin şəxs artıq məhkəmə qarşısına çıxıb və onun barəsində növbəti məhkəmə iclasına qədər həbs qətimkan tədbiri seçilib.
Medianews.az