Dünən yağan dolu səbəbindən çətinliklər yaşanan Ankarada bu gün də güclü yağış fəsadlara səbəb olub.
Medianews.az xəbər verir ki, yolların gölə çevrildiyi küçələrdə 4-5 yaşlı iki bacı-qardaşı su aparıb.
Yük maşınının altında qalan uşaqlar xilas edilib. Uşaqlardan biri vətəndaşlar tərəfindən ürəyinə masaj edilərək özünə gətirilib.
Medianews.az