“Çin Böyük Britaniyanın Ukrayna məsələsi kontekstində onu ləkələmək cəhdlərini pisləyir, çünki belə siyasət münaqişənin həllinə kömək etmir”
Medianews.az xarici mediaya istinad edərək xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin sözçüsü Van Venbin brifinq zamanı bildirib.
“Biz Britaniya siyasətçilərinin Çinə qarşı səsləndirdiyi əsassız və məsuliyyətsiz böhtan bəyanatlarını pisləyirik”, – diplomat bildirib.
Van Venbin ayrıca vurğulayıb ki, Londonun Rusiyaya silah tədarükü ilə bağlı ittihamları tənqidlərə tab gətirmir və Böyük Britaniyanın digər müttəfiqləri tərəfindən mübahisələndirilir. Onun sözlərinə görə, 2022-ci ildə Moskva ilə Kiyev arasında danışıqların pozulmasına görə məsuliyyət daşıyan Britaniya tərəfidir.
Bundan əvvəl Krallığın müdafiə naziri Qrant Şapps bildirmişdi ki, Böyük Britaniyanın əlində Ukraynada hərbi əməliyyatlar zamanı istifadə üçün Rusiyaya Çin silahlarının tədarükünə dair sübutlar var. Bununla belə, Şapps sözlərini sübutlarla dəstəkləməyib.
Medianews.az