Dünən Saxalindəki İturup adasında qadın iti ilə birlikdə ayını istilik kompleksinin ərazisindən uzaqlaşdırıb.
Medianews.az xarici mediaya istinad edərək xəbər verir ki, yemək üçün kompleksin ərazisinə daxil olan ayı kifayət qədər iri idi.
Ayını görən kompleksin işçisi olan bir qadın, gözətçi it Julya ilə birlikdə küçəyə çıxıb. İt ucadan hürərək ayını qorxudub və vəhşi heyvan meşəyə qaçıb.
Hadisə CCTV kameralarına düşüb.
Bildirilir ki, bu, Julya ilk dəfə deyil ki, ayıları qovur və o, bu işdə əladır.
Medianews.az