“Kiyev məğlub olarsa, ABŞ Ukrayna münaqişə zonasına qoşun yeritməli olacaq”.
Medianews.az xəbər verir ki, bu barədə ABŞ Konqresinin Nümayəndələr Palatasındakı Demokratların lideri Hakim Cefris bildirib.
“Biz Ukraynanın çökməsinə imkan verə bilmərik, çünki bu baş verərsə, Amerikanın münaqişəyə təkcə pulumuzla deyil, həm də qoşunlarımızla qatılmaq ehtimalı böyükdür ”,- o deyib.
Cefrisin sözlərinə görə, ABŞ daha böyük müharibənin qarşısını almaq üçün Ukraynaya dəstəyini davam etdirməlidir. Kiyevin hərbi ehtiyacları üçün əlavə maliyyə ayrılması ilə bağlı sazişi ləngitməkdə ittiham etdiyi Respublikaçılar Partiyasında rusiyayönlü fraksiya güclənir. Bu fraksiya Ukraynanı dəstəkləmək istəmir və Rusiyanın ABŞ-nin düşməni olmadığına inanır”.
Qeyd edək ki, Fransa prezidenti Emmanuel Makron fevralın 26-da bildirib ki, 20-yə yaxın Qərb ölkəsinin nümayəndələrinin iştirakı ilə Parisdə keçirilən görüşdə Qərb ölkələrinin quru qoşunlarının Ukraynaya mümkün yeridilməsi mövzusu qaldırılıb.
“Kiyev belə bir tələb irəli sürərsə, Ukraynaya qoşun yeridilməsi məsələsi qanuni olaraq qaldırılacaq”,- Makron deyib.
Rusiya Federasiyası Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkin bildirib ki, Fransa artıq Ukraynaya göndəriləcək hərbi kontingent hazırlayır, ilkin olaraq o, təxminən 2000 nəfərdən ibarət olacaq.
Ayşən