Şəmkirdə ölümlə nəticələnən yol qəzası baş verib.
APA xəbər verir ki, hadisə rayonun Kür qəsəbəsində qeydə alınıb.
Hərəkətdə olan BMW markalı minik maşını yoldan çıxaraq dəmir arakəsməyə çırpılıb.
Qəza zamanı sərnişin, rayonun Mahmudlu kənd sakini – 1985-ci il təvəllüdlü Aslan Kirov xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.