Qadın şahmatçılar arasında Avropa çempionatında IV turun oyunları keçirilib.
Medianews.az idman.biz-ə istinadla xəbər verir ki, Rodos adasında təşkil olunan yarışda Azərbaycanın 10 zəka sahibi də mübarizə aparır.
İlk üç turda maksimum nəticə göstərən Ülviyyə Fətəliyeva ardıcıl 4-cü qələbəsini qazanıb. O bununla da çempionatın liderliyini ələ keçirib.
Gövhər Beydullayeva, Gülnar Məmmədova və Səbinə Rzalı da turu qələbə ilə başa vurublar. Şahmatçılarımız günü ümumilikdə dörd qələbə, beş heç-heçə və bir məğlubiyyətlə tamamlayıblar.
Qeyd edək ki, Avropa çempionatında 183 şahmatçı mükafatlar uğrunda mübarizə aparır.
Avropa çempionatı, Qadınlar
IV tur, 22 aprel
Ülviyyə Fətəliyeva – Martina Vikar (Polşa) – 1:0;
Alisiya Sliviçka (Polşa) – Günay Məmmədzadə – 1:0;
Gövhər Beydullayeva – Anastasiya Raxmanqulova (Ukrayna) – 1:0;
Ellen Frederisiya Nilssen (Norveç) – Xanım Balacayeva – 0,5:0,5;
Lilit Mkrtıçyan (Ermənistan) – Ayan Allahverdiyeva – 0,5:0,5;
Səbina İbrahimova – Ann Mathadze Bujiaşvili (Gürcüstan) – 0,5:0,5;
Gülnar Məmmədova – Emiliya Dik-Sala (Avstriya) – 1:0;
Səbina Rzalı – Miruna-Daria Lehaçi (Rumıniya) – 1:0;
Ana İnes Teyşeyra da Silva (Portuqaliya) – Ləman Hacıyeva – 0,5:0,5;
Şlomit Vardi (İsrail) – Nərmin Abdinova – 0,5:0,5.
Xal durumu: 1. Ülviyyə Fətəliyeva – 4; 10. Gövhər Beydullayeva – 3,5; 36. Gülnar Məmmədova – 3; 40. Günay Məmmədzadə – 2,5; 43. Xanım Balacayeva – 2,5; 58. Səbinə Rzalı – 2,5; 66. Ayan Allahverdiyeva – 2,5; 71. Səbinə İbrahimova – 2,5; 125. Nərmin Abdinova – 1,5; 131. Ləman Hacıyeva – 1,5.