Rusiyanın Sankt-Peterburq şəhərindən olan 45 yaşlı qadın keçmiş sevgilisini öldürərək meyiti balkonda gizlədib.
Medianews.az xarici mediaya istinad edərək xəbər verir ki, ədyala bükülmüş cəsədi cütlüyün kirayədə qaldığı mənzilin sahibi tapıb.
49 yaşlı Dmitri 45 yaşlı Olqa ilə 12 otaqlı kommunal mənzildə yaşayırdı.
Bir ay əvvəl mənzilin sahibi otağın kirayə haqqını ala bilməyib və Dmitri onunla əlaqə saxlamayıb. Olqa ev sahibinə bildirib ki, sevgilisi ilə güclü mübahisə edib və o, evi tərk edib.
Dmitrinin qızı atasının yoxa çıxmasından qorxub və sosial şəbəkələrdəki ictimai səhifələr vasitəsilə onu aktiv şəkildə axtarmağa başlayıb.
Kişinin ədyala bükülmüş meyitini ev sahibi həmin kommunal mənzilin eyvanında tapıb. Məlum olub ki, kişi ürək nahiyəsindən aldığı bıçaq zərbəsindən ölüb. Onun sevgilisi qətldə şübhəli bilinərək saxlanılıb.
Medianews.az