Rusiyada Primoryenin sərxoş sakini futbol oynayan uşaqlara əsəbiləşərək qaz tapançası ilə onları güllələyib.
Medianews.az xarici mediaya istinad edərək xəbər verir ki, şəxs 2 ay müddətinə həbs edilib.
Aprelin 19-da Ussuriysk şəhərinin Ştabski küçəsindəki 25 saylı evin həyətində uşaqlar futbol oynayırdılar. Bu hal kişinin xoşuna gəlməyib. O, uşaqlardan meydançada oynamağı dayandırmağı tələb edib. Gənclər onun tələbinə məhəl qoymayanda, o, mənzilinin pəncərəsindən “İJ 79-8” markalı qaz tapançasından onların istiqamətinə atəş açıb.
Uşaqlar qorxaraq polisə müraciət ediblər. Sonradan məlum olub ki, həmin şəxs sərxoş olub.
“Qeyd etmək lazımdır ki, uşaqlar sayıqlıq nümayiş etdiriblər və özləri də hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat veriblər”, – İstintaq Komitəsi bildirib.
Polis həmin şəxsi saxlayıb və iki ay müddətinə nəzarətə göndərib. Adamı xuliqanlıq ittihamı ilə 7 ilə qədər həbs gözləyir.
Medianews.az