“Qardaşım dializ xəstəsidir. Onlara da mən baxıram, mən dolandırıram”.
Medianews.az bakıvaxtı.az-a istinadla xəbər verir ki, bu sözləri Əməkdar artist Mətanət İsgəndərli “Space star” verilişinə açıqlamasında deyib.
O, qardaşının xəstəliyindən danışarkən göz yaşlarına boğulub:
“Mən bu gün evimdə yemək yeyirəmsə, ürəyim partlayar ki, qardaşım və yaxud bacım orada ac otursun. Qardaşım mənə deyir ki, Mətanət, sənə qurban olaram, mənə bir şey olsa, balalarımı ortada qoyma. Bilinmir nə qədər yaşayacaq. Hər gün dializə gedir. Arxayın olmaq istəyir. Öz dərdini çəkmir, balalarına yanır. Mən ona söz verəndə ki, övladlarına özüm baxacam, rahat nəfəs alır”.