Laçın rayonunun Sus kəndi yenidən qurulub.
Medianews.az xəbər verir ki, bu barədə videokadrlar sosial şəbəkədə paylaşılıb.
Görüntüdən aydın olur ki, 44 günlük Vətən müharibəsindən sonra işğaldan azad olunan Laçın rayonunun Sus kəndində yeni evlər tikilib.
Qeyd olunur ki, yaxın zamanlarda Sus kənd sakinləri də öz evlərinə qayıdacaqlar.
Xatırladaq ki, Laçın rayonunun Zabux kənd inzibati ərazi dairəsindəki Sus kəndi 1992-ci ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub.
İkinci Qarabağ müharibəsinin yekununda imzalanan 10 noyabr 2020-ci il tarixli Üçtərəfli bəyanata uyğun olaraq, Rusiya sülhməramlılarının nəzarəti altında olub.
2022-ci il avqustun 26-da isə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətinə keçib.
Turan ORUC