“Dünya bazarında son həftələr dolların məzənnəsinin yüksəlməsi müşahidə olunur. Bir tərəfdən dollar səbət valyutaya nisbətən güclənir, digər tərəfdən investorların dollara sərmayə qoymaqları müşahidə olunur” .
Bu sözləri Referans.az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov söyləyib.
Deputat bildirib ki, son bir ayda dolların avroya nisbətən məzənnəsi 3 % -dan çox güclənib. Əgər bir ay öncə bir avro almaq üçün 1dollar 10 sent ödəmək lazım idisə ,hazırda 1 avro almaq üçün 1dollar 6 sent ödənilir. Dollar məzənnəsinin səbət valyutaya nisbətən möhkəmlənməsi daha çox həm regional müharibələr fondu investorların dollar tələbinin artması və eyni zamanda ABŞ iqtisadiyyatında müşahidə edilən artımlarla bağlıdır. Yalnız mart ayında ABŞ-də 303min yeni iş yeri yaradılıb və burda infilyasiya səviyyəsi hədəflənən səviyyədədir. Demək olar ki, bu 2% ətrafında olaraq , ABŞ dollarının möhkəmlənməsinə bilavasitə təsir göstərir. Azərbaycanda manatın məzənnəsi birbaşa Mərkəzi Bankın möövqeyindən aslıdır. Çünki, Mərkəzi Bank Azərbaycan üzrə məzənnə rejiminə keçmədiyi üçün manatın dollara nisbətən məzənnəsini birbaşa müəyyənləşdirir. Amma Mərkəzi Bankın pul siyasətinin açıqlaması göstərir ki, növbəti aylarda manatın məzənnəsi neft bazarında baş verən dəyişikliklərdən asılı olaraq müəyyənləşəcək.