Ankarada yaşayan Necla Özmen 2016-cı ildə idman zalında bir gənclə tanış olub.
Medianews.az xəbər verir ki, tanış olduğu gənc qadına həyuatının kabusunu yaşadıb.
Qadının ittiham etdiyi gəncin ondan aldığı pulla başqası ilə evləndiyi iddia edilir.
Ankaranın Çankaya şəhərində yaşayan Necla Özmenin həyatı 2016-cı ildə idman zalında tanış olduğu birisi üzündən tamamilə dəyişib. Ailə problemləri yaşadığı bir vaxtda həyatına girən və ona baxacağını deyən şəxsin sözlərinə güvənən Özmen həm ürəyini, həm də bütün mal varlığını gənc oğlana əmanət edib.
Qadının etibarından sui istifadə edərək ailəsinin içinə kimi girən gənc Necla Özmeni aldadıb. Bir ömür xoşbəxt yaşayacaqlarını düşünən Necla Özmen gənc sevgilisinin dediyi hər şeyi yerinə yetirib. Fırıldaqçı olduğu iddia edilən gənc “maddi problemim var. Ailəm mənə pul vermir, dəstək yoxdur. Kredit kartlarım borcludur” deyərək əvvəlcə Necla Özmenin adına iki dəfə kredit götürüb. N.Özmen daha sonra gənc sevgilisinə 50 min avro, 850 dollar və anasının qızıllarını verib.
İddiaya görə, N.Özmenin əlində olan hər şeyi alan gənc 2 milyon lirə ilə birlikdə yoxa çıxıb. Bütün pullarını itirən N.Özmen aldığı xəbərlə ikinci dəfə şok yaşayıb. N.Özmen hər şeyini verdiyi gənc sevgilisinin başqası ilə evləndiyi xəbərini alıb.
Bütün bunlardan sonra hüquqi mübarizəyə başlayan N.Özmen heç bir nəticə əldə edə bilməyib. Lakin N.Özmen mübarizəsini sona qədər davam etdirəcəyini bildirib.
Medianews.az