Rusiyada Omsk vilayətinin Odesskoye kəndində 33 yaşlı ana meşədə uşaq dünyaya gətirib və yeni doğulmuş uşağı zibil qabına atıb.
Medianews.az xarici mediaya istinad edərək xəbər verir ki, ötən il sentyabrın 25-də qadın iki yaşlı qızı ilə Pervomayskaya küçəsindəki meşəyə gəzintiyə çıxıb. Orada sağlam oğlu dünyaya gətirib, sonra onu zibil qabına atıb.
Yeni doğulmuş uşağın qışqırtısını eşidən yoldan keçənlər təcili yardım və polis çağırıblar. Soyuqda bir neçə saat qaldıqdan sonra uşaq hipotermiyadan əziyyət çəkib, lakin həkimlər dərhal uşağa bütün lazımi yardımı göstərdilər.
Polis qadını genetik testdən istifadə edərək tapmağa müvəffəq olub. Qadın müstəntiqlərə bildirib ki, o, valideynləri ilə əri olmadan yaşayır. O, başqa bir uşağın öhdəsindən gələ bilməyəcəyini də qeyd edib.
Qadın ev dustaqlığında qalıb. Onu beş ilə qədər həbs gözləyir.
Medianews.az