48 yaşlı aktrisa Nurgül Yeşilçay çimərlik mövsümünü açıq elan edib.
Medianews.az Türkiyə mediasına istinadən xəbər verir ki, aktrisa çimərlikdə dincələrkən çəkdiyi kadrları instaqramda paylaşıb. Bənövşəyi “kupalnik” geyinən sənətçi həm də Bodrumdakı qiymətlərdən şikayətlənib.
“Lahmacun kombini gəldi. Bodrum 2024 lahmacun tarifi müəyyənləşdiyinə görə, ona ən uyğun sizi zəngin göstərən kombin təklifimlə buradayam. Qaşqabaq və çox makiyaj mütləqdir”, – Nurgül qeyd edib.(Publika.az)