Müstəqil Həmkarlar İttifaqları Federasiyası Rusiyada əmək haqqı inqilabı elan edib.
Medianews.az xarici mediaya istinad edərək xəbər verir ki, Rusiya Müstəqil Həmkarlar İttifaqları Federasiyasının (FNPR) sədr müavini Aleksandr Şerşukov bildirib ki, aşağı işsizlik və kadr çatışmazlığı Rusiyada əmək haqqı inqilabına səbəb olub.
Bununla belə ekspert qeyd edib ki, bu tendensiyanın nə qədər davam edəcəyini proqnozlaşdırmaq çətindir.
Şerşukovun sözlərinə görə, artan əmək xərcləri işəgötürənləri avtomatlaşdırma və robot texnikasını tətbiq etməyə təşviq edir ki, bu da “canlı işlərin” azalmasına səbəb ola bilər.
Bununla belə, ekspert əlavə edib ki, xüsusi əməliyyat başa çatdıqdan sonra işçi qüvvəsi artacaq, işəgötürənlər isə maaşları azaltmağa məcbur olacaqlar.
Medianews.az