“Azərbaycana yaxın kəndlərin sakinləri qonşuluqdan təşvişə düşməməli, əksinə bundan ruhlanmalıdır. Məqsədimiz bunu təmin etməkdir”.
Medianews.az xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan Tavuş vilayətinin sakinləri ilə görüşündə deyib.
“Ermənistanın Azərbaycanla sərhədlərin delimitasiyası və sonradan demarkasiyasından imtina etməsi yeni eskalasiyaya gətirib çıxara bilər”,- deyə o bildirib.
Ayşən