Rusiyanın Sankt-Peterburq şəhərində 15 yaşlı iki qız həmyaşıdını zorla diz çökdürərək üstünə istiotlu maddə töküblər.
Medianews.az xarici mediaya istinad edərək xəbər verir ki, dostlar onların hərəkətlərini telefonlarına çəkiblər. Onlar tələbənin gözünə də təpik vurublar.
Zərərçəkmiş xəstəxanaya müraciət edib və ona yumşaq toxumaların əzilməsi diaqnozu qoyulub.
Oğlanın anası iddia edir ki, oğlu qızlar tərəfindən qisas qurbanına çevrilib. İddialara görə, kimsə qızların şəxsi fotoşəkillərini internetə sızdırıb, qızlar isə, qadının oğlunu ittiham ediblər.
Qadın polisə ifadə yazıb.
Medianews.az