“İranın zənginləşdirilmiş uran ehtiyatlarının böyük olması o demək deyil ki, Tehranın nüvə silahı var. MAQATE-nin İranın nüvə proqramının mövcudluğu barədə məlumatı yoxdur”.
Medianews.az xəbər verir ki, bu barədə MAQATE-nin rəhbəri Rafael Qrossi bildirib.
O, bunu BMT Təhlükəsizlik Şurasının iclasından sonra deyib.
“Uranın çox yüksək səviyyədə toplanması avtomatik olaraq nüvə silahının olması anlamına gəlmir. Bizdə İranın nüvə proqramının olması ilə bağlı heç bir məlumat və ya işarə yoxdur. İranın külli miqdarda zənginləşdirilmiş uran məsələsini müzakirə etmək üçün Tehrana səfər etməyin zəruriliyini düşünürəm”, – o deyib.
Qrossi hesab edir ki, vəziyyəti yüksək əməkdaşlıq səviyyəsinə çıxara biləcək.
Ayşən