“İsrail İrana hücum etməyə cəhd edərsə, Tehran saniyələr ərzində cavab verəcək”.
Medianews.az xəbər verir ki, bu barədə İranın xarici işlər nazirinin müavini Əli Baqiri Kani bildirib.
“Əgər İsrail İran torpağına toxunmağa cəhd etsə, şübhəsiz ki, əvvəlki ilə müqayisədə daha güclü zərbə alacaq. Əgər İsrail daha bir səhv etsə, cavab güclü və dərhal olacaq. Bu, günlərlə və ya saatlarla deyil, saniyələrlə ölçüləcək”, – deyə o, qeyd edib.
Bundan əvvəl İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Nasser Kanani bəyan edib ki, Tehran Yaxın Şərqdə eskalasiyaya can atmır, lakin respublikaya qarşı hər hansı qeyri-qanuni və irrasional hərəkətlərə cavab vermək niyyətindədir.
Ayşən