Açıq görüntüləri ilə gündəmə gələn müğənni Seva Qasan Bakıdakı restoranların birində səhnə alarkən onun ifası yarımçıq dayandırılıb.
Medianews.az Metbuat.az-a istinadla xəbər verir ki, bu barədə restoranın nümayəndəsi açıqlama verib.
Bildirilib ki, yarımsaatlıq şou üçün restorana gələn müğənni əvvəlcə bağlı geyimdə olub. Lakin o səhnəyə çıxarkən açıq geyimdə olub. Restoran rəhbərliyi müğənninin ifasını yarımçıq dayandıraraq, ona iradını bildirib. Restoran rəhbərliyi hadisə ilə bağlı izləyicilərdən üzrxahlıq edib.