Əmir Teymur 35 illik hakimiyyəti dövründə dünyanın 27 coğrafiyasını bir bayraq altında birləşdirən 7 dünya hökmdarı idi. Onun haqqında minlərlə əfsanələr dolaşır, batini elmlə məşğul olan alimlər onu Allah tərəfindən yer üzünə göndərilmiş və insanları bir bayraq altında birləşdirmək missiyası olan sərkərdə hesab edirlər. Bu gün onu çoxları ittiham etsə də Əmir Teymurun dövlətində əvvəlki dövrlərdən fərqli olaraq, cəmiyyətdəki bütün təbəqələrin hüquq və mənafeləri nəzərə alınıb, onların yaşayışı üçün lazımi sosial zəmin yaradılıb. Hər bir kateqoriyanın hüquq, vəzifə və öhdəlikləri konkret qanunla təmin edilib. Bu gün də dünyanın bir çox ölkələrinin kitabxanalarında “Teymur qanunları” (“Tuzuki Temuri”, “Malfuzoti Temuri” və “Voqioti Temuri”) ən hörmətli yerlərdən birini tutur.
“Biz ki, Məliki Turan, Əmiri Türküstanıq,
Biz ki, Türk oğlu Türkük;
Biz ki, millətlərin ən qədimi və ən ulusu Türkün rəhbəriyik”.
Bu sözlər Əmir Teymurun dünyaya mesajı idi. Onun qüdrəti o qədər yayılmışdı ki, Avropa dövlətləri onunla əlaqələr qurmağa cəhdlər edirdilər. O zaman Avropa Osmanlı qorxusu ilə yaşayırdı və müttəfiqlər axtarışında idilər. Teymur həm də Avropa dövlətlərini Osmanlı ilə savaşda kömək edən müttəfiqlər kimi görürdü. Fransa kralı VI Karla məktublaşırdı, eyni zamanda İspaniya ilə də əlaqələrə önəm verirdi.
Teymur səfir Çağatayı Kastiliya sarayına hədiyyələr ilə göndərmişdi. Kastiliya kralı III Henrix 21 may 1403-cü ildə Ruy Qonzales de Klavixo başda olmaqla digər iki diplomat Alfonso Paez və Qomes de Salazarla birlikdə Səmərqənddəki Teymur sarayına səfirlik göndərdi. 1406-cı ildə qayıdanda Teymur İspaniya kralını “öz oğlu” hesab etdiyini ona deməyi tapşırmış idi.
Avropa ilə əlaqələr qurulduqca avropalı cəngavərlər və səyyahlar Əmir Teymurun yanına gedib ona xidmət etmək istədiklərini bildirirdilər. Bunlardan biri də Jak de Bəy adlanan Jak de Feya idi. “Tamerlanın sarayında fransız Jak du Fay” adlı məqalənin müəllifi Mişel Bernardini yazır ki, Əmir Teymura çox sadiq olan fransız cəngavər xaçpərəstlər haqqında düşüncələrinin dəyişməsinə təsir etmək üçün onun yanında idi.
Delaville Le Roux adlı tədqiqatçı “Şərqdə Fransa” adlı yazısında Jak de Fayanın əvvəlcə Şirvanşalar dövlətində, Qaraqoyunlular dövlətində bir müddət yaşamış, sonra isə Qızıl Ordaya, Toxtamış xanın yanına getmişdir. Oradan isə Əmir Teymurun yanına xidmət üçün gedib və ona sədaqətlə xidmət edib. 1388-ci ildə Səmərqəndə gələn fransız onunla sarayda görüşüb və Əmir Teymurun təsəvvüründə xaçpərəstlərə olan münasibəti dəyişməyə qismən nail olub. 1394-1395-ci illərdə onu səfərlərdə müşayiət edib. Onun Bununla belə, Anadolu türkmən başçılarının yanına gedib Əmir Teymur adından danışmaq hüququ olduğu barədə A.Knoblerin “Teymurun yüksəlişi və Qərbin diplomatik reaksiyası” adlı məqalədə məlumata rast gəlmək olar. Jak bütün Anadolu türkmənlərini inandıra bilmişdi ki, Əmir Teymurla onlar eyni xalqdırlar.
Osmanlılar ilə Avropalı səlibçilər arasında savaşda iştirak etmək üçün Əmir Teymurdan izn alıb Bolqarıstan ərazisinə gedən Jak de Faya Niqbolu döyüşündə (Bolqarıstan, 25 sentyabr 1396-cı ildə) əsir düşən 10 min avropalının içində idi. Döyüşdən sonra Osmanlı Sultanı bir çox əsirlərin edam edilməsini əmr etdi. Lakin Teymurun Osmanlının cihad çağırışına cavab vermək üçün göndərdiyi Türk döyüşçüləri Jak du Fayı tanıdılar və onu edamdan xilas edə bildilər. “Froissart salnamələri” əsərində qeyd edilir ki, bu döyüşdən sonra fransız haqqında heç bir məlumata rast gəlinmir. Qeydlərə görə, o, ya vətənə geri dönür, ya da geri dönüş zamanı öldürülür.
Bu fakt onu göstərir ki, Türk dövlətləri arasında savaşların baş verməsinin səbəbi həm öz ağılsızıqları, həm də Avropanın və onların Şərqə göndərdikləri cəngavər adı altında agentləri olublar. Yoxsa bu savaşlar olmasaydı Avropa və Asiya təmiz türk idi…
Zaur ƏLİYEV, dosent