Mayamidən Nyu Yorka uçan sosial media fenomeni Carolina Geits təyyarədən etdiyi paylaşımı ilə gündəm olub.
Medianews.az xəbər verir ki, yanındakı oturacağın boş olduğunu görən fenomen ayağa qalxaraq təyyarədə varlı ər axtardığını elan edib.
“Mən zəngin ər axtarıram. Oturacağım yer 2A-dır. Zənginsinizsə, mənə qoşulun”,-deyə təyyarədə elan edib.
Onun bu davranışı təyyarədəki hər kəsin gülüşünə səbəb olub.
Medianews.az