Müğənni Mətanət Əsədova verdiyi açıqlama ilə diqqət çəkib.
Medianews.az milli.az-a istinadla xəbər verir ki, “Kanal S”də yayımlanan proqramlardan birinin qonağı olan sənətçi bədəninə heç bir cərrah bıçağının dəymədiyini bildirib.
O, aparıcının sualına “Mənə Сenifer Lopez deyirdilər”, – deyə, iddialı cavab verib.
Təkcə burnuna estetik müdaxilə etdirdiyini deyən müğənni öz təbii gözəlliyi ilə öyünüb.