Meyxanaçı Kərim Abiyə ağır itki üz verib.
Medianews.az xəbər verir ki, onun yaxın dostu Nizami dünyasını dəyişib.
Bu barədə meyxanaçı sosial şəbəkədə paylaşım edib.
“Dostumun ölümünü dərdləşməyə adam axtarırdım, gecə özüm özümə dedim ki, görüm Nizami oyaqdırsa ona zəng edim, o məni hamıdan yaxşı başa düşər. Sonra çatdı ki, ölən elə Nizamidir. Mən bir də belə dost qazana bilməyəcəm. Sən mənim ən möhtəşəm dostumsan, sənin üçün bir ömür darıxacayıq, qardaşım. Ürəyimi partlatdın, Nizami”, – deyə o qeyd edib.
Turan ORUC