Müğənni Nura Suri tanımadığı şəxs tərəfindən izlənildiyini bildirib.
Medianews.az oxu.az-a istinadla xəbər verir ki, sənətçi bu barədə sosial şəbəkədə paylaşım edib.
O, həmin şəxsin görüntülərini çəkərək bunları deyib: “Dostlar iki gündür bir video çəkib sizinlə bölüşmək istəyirəm. Deməli, hara gedirəmsə, üzünü tam görə bilmədiyim bir papaqlı oğlan deyəsən, məni güdür. Şikayət edə də bilmirəm, çünki bilmirəm ki, kimdir, məndən nə istəyir, yoxsa təsadüfdürmü? İndi evdən çıxıram, aşağı düşəcəyəm, əgər həmin şəxs məhəllədə olarsa, görüntüsünü çəkib sizinlə paylaşacağam. Bu məsələ mənim özümə də çox təəccüblüdür. Baxın, həmin oğlan yenə məhəllədədir. Mənim arxamca gəlir. Elə edir ki, üzü görünməsin. Arxamca marketə də gəldi. Guya ki, nəsə alır”.
Daha sonra müğənni həmin şəxsin onu məhəllədə və marketdə də təqib etdiyini izləyiciləri ilə bölüşüb.