İstanbulda dəhşətli hadisə baş verib.
Medianews.az 25 yaşlı gənc qız yaşadığı evin 30-cu mərtəbəsindən yıxılaraq dünyasını dəyişib.
Dilaray Karmazın ölümü ilə bağlı açılan istintaq zamanı onun bacısı və rəfiqəsi saxlanılıb. İki bacının sosial şəbəkədə canlı yayım açmaq üstündə mübahisə etdiyi məlum olub. Mübahisədən sonra Dilaray spirtli içki qəbul edib, otağına keçərək qapını bağlayıb. Daha sonra gənc qız özünü eyvandan atıb.
Polislər hadisə zamanı Dilaray Karmazın evdə olan bacısı Lale Begüm Karmazı və rəfiqəsi Zeynep İlkayı şübhəli şəxs qismində saxlayıblar.
Hadisə ilə bağlı istintaq davam edir.
Medianews.az