Türkiyənin Mersin vilayətində baş verən qətl hadisəsi hər kəsi şoka salıb.
Medianews.az xəbər verir ki, dövlət xəstəxanasında müalicə alan 61 yaşlı qadın oğlu tərəfindən vəhşicəsinə qətlə yetirilib.
32 yaşlı kişi xəstəxanada yanında qaldığı anası Selma Çiftçinin boğazını və ayaqlarını bıçaqla kəsib, daha sonra tapança ilə vuraraq vəhşicəsinə öldürüb.
Dəhşətli hadisə səhər saat 04:00 radələrində Tarsus Dövlət Xəstəxanasının 8-ci mərtəbəsində yerləşən neyrocərrahiyyə şöbəsində baş verib. Əldə edilən məlumata görə, xəstəxanada müalicə alan 61 yaşlı Selma Çiftçini oğlu M.Ç. bıçaqla onun boğazını və ayaqlarını kəsib və tapança ilə güllələyib.
Qışqırıq səsi eşidən və otağa gələn mühafizəçilər dəhşətli mənzərə ilə qarşılaşıblar. Şübhəli şəxs mühafizəçilər tərəfindən tutularaq polisə təhvil verilib.
Müayinədən sonra vəhşicəsinə öldürülən qadının meyiti xəstəxananın morquna aparılıb.
Hadisə ilə bağlı istintaq davam edir. Saxlanılan şəxsin narkotik aludəçisi olduğu da iddia edilib.
Medianews.az