Müğənni Yeganə Akbudak (Mürsəlova) həyat yoldaşı Fateh Akbudakın işindən danışıb.
Medianews.az axşam.az-a istinadən xəbər verir ki, sənətçi “7 tamam” proqramında onun dövlət məmuru olduğunu açıqlayıb. Yeganə bildirib ki, qazancı həyat yoldaşınınkından çoxdur:
“Həyat yoldaşım dövlət məmurudur. O da bəlli bir maaş alır. Mən nə qədər çox pul gətirsəm, Fatehin gətirdiyi daha bərəkətlidir. Bir az bacıya, bir az qardaşa əl atıram. Ona görə də Fatehin qazancı daha bərəkətlidir”.