Moskva-İstanbul marşrutu üzrə uçan təyyarə Vnukovo hava limanından martın 26-da saat 20:10-da havaya qalxmalı idi. Uçuş-enmə zolağına daxil olanda sərnişinlərdən biri söyüş söyməyə və özünü nalayiq aparmağa başlayıb.
Medianews.az xarici mediaya istinad edərək xəbər verir ki, pilotlar geriyə dönüb uçuş zonasına qayıtmaq qərarına gəliblər.
Polis qəribə sərnişini və onun iki yoldaşını təyyarədən çıxarıb. Gənc təhlükəsizlik qüvvələrinin müşayiəti ilə belə rəqs etməyə davam edib.
Digər sərnişinlər təyyarəyə minməzdən əvvəl gəncin nalayiq davranışını görüblər.
Nəticədə yerdə qalan sərnişinlər yenidən uçuşu gözləmək üçün yerdə saat yarımdan çox vaxt keçirməli olublar.
Medianews.az