Rusiyada Rostov-na-Donudan olan cərrah uşaq vaxtı 26 sikkə udmuş 25 yaşlı oğlanın həyatını xilas edib.
Medianews.az xarici mediaya istinad edərək xəbər verir ki, oğlan açıq xoradan ağır qanaxma ilə xəstəxanaya yerləşdirilib.
Onu xilas etmək üçün Xerson vilayətində ezamiyyətdə olan Rostovdan cərrah gətirilib. Həkim əməliyyata başlayanda oğlan artıq üç litr qan itirmişdi. Xəstənin həyatı üçün təhlükə yaradan kəskin vəziyyətin səbəbi… 26 sikkə olduğu ortaya çıxıb.
“Qanaxma dayanıb mədə tikməyə hazır olanda göz dibinə baxış zamanı bəzi yad cisimlər hiss etdik. Oradan da… bir dəstə sikkə çıxardılar, 26 ədəd saydılar”, – cərrah bildirib.
26 mis uzun müddət idi ki, oğlanın içində idi – o, uşaq ikən sikkələri udduğunu xatırlayıb. Əməliyyat uğurlu keçib və gəncin həyatı təhlükədə deyil, həkimlər sikkələri ona xatirə olaraq veriblər.
Medianews.az