Azərbaycanda daha bir məhkum həbsdə ölüb.
Medianews.az lent.az-a istinadla xəbər verir ki, hadisə Penitensiar Xidmətin Bakıdakı cəzaçəkmə müəssisəsində qeydə alınıb.
Orada cəza çəkən məhkum İsmayıl Tamoyev dünyasını dəyişib.
Onun xəstəlikdən öldüyü bildirilib.
Faktla bağlı araşdırma aparılır.