Türkiyənin Bursa şəhərində keçirilən “Voleybol Kişilər Kuboku”nda Halkbank çempion olub.
Medianews.az xəbər verir ki, oyunun sonunda maraqlı anlar yaşanıb.
Matçın sonunda “Halkbank”ın milli oyunçusu Mert Matiç Dünya və Avropa Çempionu keçmiş milli taekvondoçu İrem Yamana evlilik təklifi edib.
Diz çökərək sevgilisinə evlilik təklifi edən Mert Matiç İrem Yamandan “bəli” cavabını aldıqdan sonra ona verilən medalı boynuna asıb.
Medianews.az