İtaliyanın Trento əyalətinin Rovereto şəhərindən olan aristokrat on bacısı oğlunu mirasdan məhrum edərək beş milyon avroluq sərvətini tibb bacısına vəsiyyət edib.
Medianews.az xarici mediaya istinad edərək xəbər verir ki, zadəgan ailənin nəslindən olan Mariya Mafatti ötən ilin noyabrında 80 yaşında dünyasını dəyişib.
O, evli deyildi. O, bütün əmlakını, o cümlədən mənzillərini, tarixi malikanəsini və bank hesablarındakı pulları ona baxan tibb bacısına vəsiyyət edib.
Vəsiyyətnamə açıqlandıqdan sonra qadının yaxınları vəkillə əlaqə saxlayıb və prokurorluğa şikayət ediblər. Onların sözlərinə görə, tibb bacısı Mafattinin aciz vəziyyətindən istifadə edib vəsiyyəti onun xeyrinə düzəldib.
İstintaq zamanı prokurorluq mirası dondurub.
Medianews.az