“Vətən, ata yurd”, “Gəllərsə ne olur”, “Sən anasan”, “Anadolum” kimi əsərlər yazan türk xalq musiqisi sənətçisi Hüseyn Kızıldağ dünyasını dəyişib.
Medianews.az xəbər verir ki, sənətçinin ölümü ilə bağlı Türkiyə Musiqi Əsərləri Sahibləri Peşəkar Dərnəyinin (MESAM) açıqlama yayıb.
“Ağır itkidir. Dərnəyimizin üzvü, dəyərli sənətçi Hüseyn Kızıldağımızı itirdik. Ailəsinə və ictimaiyyətə başsağlığı veririk”,-deyə dərnəyin sədri Rəcəb Ergül bildirib.
Qeyd edək ki, Hüseyn Kızıldağın dəfn mərasimi bu gün günorta saat 14:00-da keçirilib. Mərasimə bir çox tanınmış şəxslər də qatılıb.
Məşhur sənətçinin sevənləri onun niyə dünyasını dəyişdiyini və xəstəliyinin nə olduğunu araşdırır. Lakin sənətçinin yaxınlarından hələlik heç bir açıqlama verilməyib. Məşhur sənətçinin hansı səbəbdən öldüyü məlum deyil.
Medianews.az